İnzibati, Biznes və İdarəetmə

Satınalma üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-01

 Vəzifənin məqsədi

Satınalma Mütəxəssisi tam satınalma dövrünün idarə edilməsinə, tenderlərin qurulmasına və ən yaxşı dəyərin əldə edilməsinə, Təchizat Zənciri prosedurlarına, iş təlimatlarına, formalarına və s. əməl etməyə cavabdehdir;

Vəzifə öhdəlikləri

  • Proseslərin və prosedurların hazırlanması və işlənilməsində köməklik göstərmək və müvafiq işçilər ilə müntəzəm əlaqədə olmaq.
  • Mövcud satınalma proseduruna uyğun olaraq Tender prosesini izləmək, tender sənədlərini nizamlamaq, tender proseslərini tamamlamaq, 
  • Dəqiq alış məlumatlarının saxlanması üçün müvafiq anbarlar, yerlər üçün SAP Material Master (MM) Tətbiqlərini idarə edilməsi. 
  • Danışıqlar prosesini koordinasiya etmək, müqavilələrin işlənib hazırlanmasını, icrasını və təchizatçıların uyğunluğuna nəzarət etmək. 
  • Tender prosesinin bütün mərhələlərində iştirak etmək və nəzarət etmək. 
  • Təchizatçılardan təkliflər almaq üçün materialların və xidmətlərin alınması üçün Təklif Sorğusunu yaratmaq.
  • Rəhbərliyin təsdiqi üçün kommersiya təkliflərinin qiymətləndirilməsini hazırlamaq.
  • Texniki şərhlər almaq üçün son istifadəçi şöbəsi ilə əlaqə saxlamaq; texniki qeydləri kommersiya təkliflərinin qiymətləndirilməsinə daxil etmək və satınalma üçün tövsiyə vermək.
  • Təchizatçılarla görüşlər təşkil etmək və həmin görüşlərdə iştirak etmək.  
  • Tender açılışlarında iştirak etmək və müvafiq protokolların hazırlanmasına və imzalanmasına nəzarət etmək. 
  • Materiallar, avadanlıqlar və xidmətlər üzrə Satınalma Sifarişləri yerləşdirmək.
  • Keyfiyyətli məhsul və materialları seçmək və satın alma üçün bazar araşdırması aparmaq.
  • Təchizatçılarla əlaqələr qurmaq və ən yaxşı qiymətləri əldə etmək üçün onlarla danışıqlar prosesində iştirak etmək.
  • Sorğuların gedişatını izləmək və sifarişlərin vəziyyəti ilə bağlı rəhbərliyi məlumatlandırmaq.
  • Bütün tender sənədlərinin qeydə alınması və düzgün arxivləşdirilməsi təmin etmək
  • Rəhbərliyin digər göstərişlərini yerinə yetirmək.

Tələblər

  • Biznes İdarəçiliyi, Mühəndislik və ya əlaqəli sahədə dərəcə ixtisas
  • Müvafiq sahədə təlimlər və sertifikatlar 
  • Neft və qaz sektorunda minimum 3 il iş təcrübəsi;

Digər xüsusi tələblər

  • Müvafiq proqram təminatında iş təcrübəsi (məsələn, SAP MM)
  • Sərbəst Azərbaycan və İngilis dili biliyi (Rus dili biliyi üstünlükdür)
  • İT savadlılığı, Excel-də işləmə bacarığı və elektron məlumatlarla işləmə bacarığı
  • Texniki bilik və bacarıqlara malik olma
  • Təchizatçılarla Münasibətlərin İdarə Edilməsi, Bazar araşdırması bacarıqları
  • Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
  • Planlaşdırma bacarığı
  • Tapşırıqları prioritetləşdirmək bacarığı və vaxtı idarə etmə bacarıqları.
  • İşə məntiqli və sistemli yanaşma

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur. 

Son müraciət tarixi: 31.08.2024