Təşkilati inkişaf üzrə mütəxəssis
Ümumi məlumat:
İnsan resursları və təşkilati inkişaf sahəsində effektiv idarəetmə və dəstək göstərməklə, şirkətin strateji məqsədlərinə nail olunmasına töhfə vermək; insan resursları proseslərinin optimallaşdırılması, kadr hazırlığı və təşkilati inkişafın davamlı təmin olunmasını təmin etmək.
Vəzifə öhdəlikləri:
Təşkilati mədəniyyətin gücləndirilməsi və iş mühitinin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlərin təşkil edilməsi;
Mütəmadi olaraq anketlər və digər qiymətləndirmə vasitələrindən istifadə edərək əməkdaşların məmnuniyyətinin və motivasiyasının izlənməsi;
Təşkilatın əməyin təşkili, motivasiya və işçi bağlılığı ilə bağlı tələblərini analiz edərək uyğun həllər və təşəbbüslər təklif edilməsi;
Təşkilatın inkişaf proqramları ilə bağlı layihələrdə, gündəlik fəaliyyətlərdə və müvafiq məlumatların toplanmasında dəstək olunması;
İllik performans idarəetmə dövriyyəsinin müvafiq istehsalat müəssisələri üzrə koordinasiyası, yoxlanılması, il sonu hesablanması və təhlili;
Bölmələrin strukturunun səmərəliliyinin artırılması və biznes məqsədləri ilə uyğunlaşdırılması məqsədilə təşkilati dəyişikliklərə dəstək göstərilməsi;
Departamentin gündəlik fəaliyyətləri və rəhbərliyin strateji tapşırıqları çərçivəsində, vəzifənin mahiyyətinə və məqsədinə uyğun digər zəruri funksiyaların yerinə yetirilməsi.
Tələblər:
İnsan Resurslarının İdarə Olunması, Biznesin İdarə Olunması, Psixologiya, Sosial Elmlər, Menecment və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
Əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
İngilis dili biliyi orta səviyyəli;
MS Office proqramlarında yüksək səviyyədə bacarıq;
SAP HCM və SuccessFactors (SF) modullarının işlənməsi üzrə bilik və təcrübə;
Yüksək səviyyədə kommunikasiya və təqdimat bacarıqları;
Məlumatların təhlili və hesabatların hazırlanması bacarığ.