Texniki Rəssam
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-01
Vəzifənin məqsədi:
SOCAR Dowmstream Management-ə tabe olan bütün obyektlərində statik avadanlıqların bütünlük və etibarlılıq fəaliyyətini həyata keçirir. SDM-in etibarlılıq və texniki nəzarət göstəricilərinə və hədəflərinə uyğunluğun Yerli Emalat və material qəbulu üzrə böyük mühəndisə dəstək verir.
Vəzifə öhdəlikləri:
- SDM-in Bütövlük və Etibarlılıq Rəhbərliyi və Bütünlük meneceri, Yerli Emalat və material qəbulu üzrə böyük mühəndis tərəfindən müəyyən edilmiş texniki nəzarətin həyata keçirilməsi
- Görülən işlər haqqında məlumatların sistemləşdirilməsi, Elektron məlumat sisteminı yığılması, texniki sənədlərin düzgün və vaxtında tərtib edilməsini təmin edir.
- Avadanlıqların quruluşu, keyfiyyəti, iş xüsusiyyətləri, texniki istismar qaydalarını texniki şərtləri haqqında təlimatları mükəmməl öyrənir
- Yerli Emalat və material qəbulu üzrə böyük mühəndis tərəfindən müəyyən olunmuş iş bölgüsü əsasında digər işləri və onun ayrı-ayrı tapşırıqlarını yerinə yetirir
- Təkmilləşdirmə və inkişaf üçün verilən təklifləri icra etmək
- Yerli emalat ediləcək ehtiyat hissə, avadanlq və aparatların ölçülərinin götürülməsində fiziki olaraq iştirak etmək və ölçümlər əsasında detallı çizim çəkmək
- Yerli emalat işləri üçün işsifadə edilən Təftiş, sınaq, nəzarət avadanlığı və cihazları müvafiq qaydada istifadə etmək, zərər yetirməmək və saxlamaq. Yerli Emalat və material qəbulu üzrə böyük mühəndisə avadanlıq və cihazların kalibrlənməsinin etibarlılıq müddətləri və nasaz cihazlar haqqında məlumat vermək
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
- İşləyərkən iş təhlükəsizliyi tədbirlərini qəbul etmək və yerinə yetirmək, lazımi materialları və ehtiyat hissələrini anbardan götürmək, materiallardan yerində, doğru və qənaətcil istifadə edərək, öz səlahiyyətlərindən kənar vəziyyətlər haqqında rəhbərinə məlumat vermək.
- İş icazəsi prosedurlarına uyğun olaraq, SƏTƏM qaydaları çərçivəsində birbaşa rəhbəri tərəfindən zəruri hesab edilən tapşırıqları yerinə yetirmək. Keyfiyyətə nəzarət ilə əlaqəli müxtəlif sferalarda özünü daim təkmilləşdirmək, təlimlərdə müvəffəqiyyət göstərmək, təhlükəsiz, yüksək keyfiyyətdə, iş səlahiyyət sənədlərinə uyğun olaraq xətasız işləmək.
- İstifadə etdiyi ölçüm alətlərinin qorunmasına və saxlanımlasına əməl etmək.
- Yerli istehsal departamentinin hazırladığı həftəlik planlara uyğun işlərini qərarlaşdırmaq, tabeliyində olan texniklərin iş bölgüsünü həyata keçirmək, texniklər tərəfindən icra olan işləri izləmək və işin keyfiyyətli görülməsi üçün zəruri addımları atmaq.
- İşlərinini beynəlxalq standartlara uyğun həyata keçirmələrindən əmin olmaq, komanda ruhunu formalaşdırmaq, təcrübələrini paylaşmaq və yeni texniklərin yetişməsinə tövhə vermək və işçilərin özünü inkişafı barəsində rəhbərinə məlumat vermək.
- Məsul olduğu işlə əlaqədar mövcud qanunvericiliyin, daxili qayda,milli qaydaların, beynəlxalq standartların və təlimatların tələblərini yerinə yetirmək.
- Sahədə həyata keçirilən gündəlik yerli istehsal işləri ilə bağlı tabeliyində çalışdığı aparıcı mühəndisə hesabat vermək.
- Avadanlıqların quruluşu, keyfiyyəti, iş xüsusiyyətləri, texniki istismar qaydalarını texniki şərtləri haqqında təlimatları mükəmməl öyrənir
- Yerli Emalat və material qəbulu üzrə böyük mühəndis tərəfindən müəyyən olunmuş iş bölgüsü əsasında digər işləri və onun ayrı-ayrı tapşırıqlarını yerinə yetirir
- Təkmilləşdirmə və inkişaf üçün verilən təklifləri icra etmək
- SDM-in siyasətinə, missiyasına, vizyonuna, korporativ dəyərlərinə, hüquqi və digər tələblərə, habelə şirkətin etik normalarına, siyasətlərinə, qaydalalarına, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun fəaliyyət göstərmək
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra edir və məsuliyyət daşıyır
Tələblər:
- Mexanika mühəndisliyi və ya bənzər texniki sahə üzrə bakalavr diplomu
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Solidworks, MS Visio, AutoCAD kimi programlarında sərbəst işləməyi bacarmalıdır
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Texniki Rəssam” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 30.06.2024