Mühəndislik

Torna emalatxanası üzrə Frezerçi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-21

Vəzifənin məqsədi:

Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmiri üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 - cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra etmək məsuliyyəti daşıyır.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək.
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda növbəli iş rejimində işləmək.
  • Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması.
  • Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək. 
  • İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək.
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
  • Ağırçəkili detal və ya materialların qaldırılması üçün qaldırıcı mexanizmlərdən istifadə edilməsi
  • Dəliyaçan dəzgahlara və frez dəzgafına texniki xidmət göstərilməsi 
  •  Dəzgahın təmirində iştirak etmək
  • Frez alətlərinin itiləyici dəzgahda itilənməsi    
  • Universal, müxtəlif tipli və konstruksiyalı kopirləyən və uzununa frezerləyən  dəzgahlarda bir neçə səthlərdə kombinasiyalı bərkitməni və dəqiq yoxlamanı tələb edən mürəkkəb məsul detalların və alətlərin 6-7-ci kvalitetlər (2-ci dəqiqlik dərəcəsi) üzrə frezerlənməsi.
  • Emal etmək və ölçmək üçün çətin əl çatan yerləri olan mürəkkəb konfiqurasiyalı ştampların, pres-qəliblərin, matrislərin xarici və daxili səthlərinin frezerlənməsi.

Tələblər:

  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün sahələrdən təhvil alınmış dinamik,statik avadanlıqları torna dəzgahında hazırlamaq  və təmirə dəstək verməkdən ibarətdir.
  • Torna emalatxanasında dinamik,statik və armaturların təmirinin ən müasir həll yollarını bilməli,səmərəli iş və metod tətbiq etməlidir.
  • İşin spesifikasiyasına uyğun alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməlidir.
  • Hazırlanacaq detalın cizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələmək
  • İşə uyğun dəzgahı, kəski, frez, ölçü alətini və tərtibatı seçmək və tələb olunan əlavə alətlərin alətxanadan alınmasını təmin etmək
  • Dəzgahı elektrik şəbəkəsinə qoşmaq, hazırlanacaq detalı dəzgaha bərkitmək
  • Dəzgahı işə salmaq, işə uyğun tənzimləmək və çizgi çertyoj və ya nümunəyə uyğun olaraq detalı hazırlamaq
  • İş tamamlandıqdan sonra dəzgahı dayandırmaq, detalı dəzgah masasından ayırmaq və dəzgahı şəbəkədən ayırma
  • Hazırlanmış detalı iş masasına yerləşdirmək, emal nəticəsində detalın üzərində əmələ gəlmiş metal qırıntıları yeyə ilə təmizləmək və hazır detalı ustaya təhvil vermək
  • Təcrübə - 3 il

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Torna emalatxanası üzrə Frezerçi” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi: 20.06.2024