Mühəndislik

Yarımstansiyalara xidmət üzrə elektrik montyoru

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-04-07

Vəzifənin məqsədi:

Elektrik avadanlıqlarına xidmət, avadanlıqların yoxlanması, sazlanması, təmir işlərinin aparılması və təmirdən sonra işə buraxılmasını icra etmək.

Vəzifə öhdəlikləri:

  • Gərginliyi 35 kV, III mürəkkəblik dərəcəsindən olan yarımstansiya (Y/st) avadanlıqlarına xidmət göstərmək; 
  • Gərginlik, yük, temperatur və digər parametrlər üzrə müəyyən edilmiş rejimin təmin edilməsini icra etmək; 
  • Y/st-nın paylayıcı qurğusunda operativ (əməli) rejim çevirmələrinin (dəyişdirmələrin) aparılmasını təmin etmək; 
  • Y/st-da iş aparıldıqda iş yerinin hazırlanmasını təmin etmək; 
  • Briqdqanın işə buraxılması, onların işinə nəzarət və iş yerlərinin hazırlanması və qəbul edilməsini həyata keçirmək; 
  • Qəza halını ləğv edən zaman operativ çevrilmələrin aparılmasını təmin etmək;
  • Y/st avadanlığına baxışı həyata keçirmək; 
  • İdarəetmə  lövhəsində və qurğusunda, kommutasiya aparatlarının intiqalında  Y/st-nın qapalı paylaşdırıcı qurğularının 2-ci kommutasiya dövrələrində olan nasazlıqları aradan qaldıran zaman kiçik həcmli və qısamüddətli işlərin görülməsini icra etmək;
  • İşıqlandırıcılar və qoruyucuları dəyişməklə işıqlandırma şəbəkələrində olan nasazlıqların aradan qaldırılmasını təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə orta ixtisas;
  • Ali ixtisas təhsili üstünlükdür;
  • Aşağı və yüksək gərginlikli sahələrdə işləmə üçün icazə vəsiqəsi;
  • Müvafiq sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Qulluq edilən avadanlığın təyinatını və quruluşunu bilməli; 
  • İlkin birləşmələrin sxemini bilməli; 
  • Xüsusi sərfiyyat cərəyanının və elektromaqnit bloklamasının şəbəkələrini bilməli; 
  • Avtomatikanın və rele mühafizəsinin təyinatını və təsir zonasını bilməli;
  • Telemexanika qurğularının vəzifələrini y/st-da istifadə olunan mühafizə vasitələrinin və alətlərinin sınaq müddətlərini bilməli; 
  • Y/st-da qoyulmuş rabitənin növlərini, onlardan istifadə qaydalarını, elektrotexnikanın əsaslarını bilməlidir.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir.

İş yeri: Metanol Zavodu

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Yarımstansiyalara xidmət üzrə elektrik montyoru” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 06.04.2024