Baş mühasib
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-12-12
İş şərtləri:
- İş yeri: Bayıl Plaza
- İş qrafiki: 5/2
- Tibbi sığorta
- Nahar şirkət tərəfindən təmin olunur
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları
Vəzifə öhdəlikləri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (ERP-də) düzgün əks etdirilməsini təmin etmək.
- Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması və hesabatlılığın təmin olunması.
- Layihələrə dair gəlir və xərcin uçotu.
- Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək.
- Bank əməliyyatlarının təşkili və idarə olunması.
- Subpodratçı və təchizatçılarla hesablaşmaların aparılması.
- Layihə üzrə faktiki xərclərin müqayisəsi, maliyyə analizlərinin aparılması.
- Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması, yazışmaların aparılması.
- Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul axını və s.) hazırlanması.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili (arzuolunandır)
- Sertifikatlar
Müraciət etmək üçün cv-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.