Baş mühasib
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli olmalı;
- İstehsal sahəsi üzrə minimum 3-5 il iş təcrübəsinə malik;
- PMS olması vacibdir;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edir;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi təmin edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına nəzarəti icra edir;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edir;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
- ERP proqramında maliyyə hesabatlarının çıxarılmasını təmin edir.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq 25.07.2024-cü il tarixinədək e-mail ünvanına göndərilməsi xahiş olunur.