İnzibati, Biznes və İdarəetmə

Risklərin İdarəedilməsi üzrə Mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-11-16

İş şəraiti

  • İş qrafiki: həftəiçi 5 gün, 08:30–17:30;
  • Əmək haqqı: Təcrübəyə əsasən müəyyən olunur.

Vəzifə öhdəlikləri:

  • Əməliyyat, bazar, kredit və likvidlik risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması;
  • Stress testlər və ssenari analizlərinin aparılması, risk xəritəsinin hazırlanması;
  • Risk insidentlərinin və daxili/xarici risk faktorlarının təhlili, hesabatlılığın təmin edilməsi;
  • Struktur bölmələrlə əməkdaşlıq edərək risklərin minimallaşdırılması və risk mədəniyyətinin formalaşdırılması;
  • Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi və risk siyasətinə uyğunluğuna nəzarət;
  • Risk idarəetmə metodologiyası və limitlərinə nəzarət, aylıq risk hesabatlarının hazırlanması.

Tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya audit üzrə ali təhsil;
  • Minimum 3 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə ingilis dili biliyi;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.