Öhdəliklər:
Başlıca vəzifə öhdəlikləri: Gündəlik maliyyə-təsərrüfat əməliyyatların icrası.
- Bank, kassa və digər əməliyyatların ilkin sənədlər əsasında mühasibatlıq proqramında vaxtında və düzgün qeyd olunması;
- Şirkət daxili muhasibat sənədləşməsinin, sənədlərin arxivləşmənin düzgün aparılmasına, alt sənədlərin hesabatlara düzgün işlənməsinə və yerində qruplaşmasına nəzarət etmək;
- Kreditor və debitor borclar üzrə ödənişlərin həyata keçirilməsi;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılmasında, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsində iştirak etmək və proseslərə nəzarət etmək.
Namizəddən gözləntilərimiz:
- Təhsil: Ali təhsil (Mühasibat uçotu, Maliyyə ixtisası üzrə olması üstünlükdür)
- Dil bilikləri: Azərbaycan dili, rus dilində biliklərin olması arzuolunandır
Müvafiq sahə üzrə biliklər:
- Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
- Vergi məcəlləsi üzrə nəzəri və praktiki biliklər.
İT bilikləri:
- MS ofis proqramları üzrə (MS Excel, MS Word) sərbəst istifadə bacarığı
- 1C mühasibatlıq proqramında işləmək bacarığı və proqramla iş üzrə minimum 1 il təcrübə.
- Loan Workbench sistemində işləmək bacarığı arzuolunandır.
İş təcrübəsi: Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
Son müraciət tarixi 10.02.2024-cü il
Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın.