Maliyyə xidmətləri

TuranBank ASC

Xəzinədarlıq departamentinin Birja əməliyyatları şöbəsi / kiçik mütəxəssis / mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-12-03

Şəhər: Bakı şəhəri

Vəzifəyə olan tələblər:

  • Yaş həddi: 21-35
  • Maliyyə və İqtisadiyyat üzrə ali təhsil (Magistr təhsili üstünlükdür);
  • Bank sektorunda ən azı 1 illik iş təcrübəsi;
  • Kollektivdə işləmə bacarığı;
  • Analitik düşünmək, məsuliyətlilik, diqqətlilik;
  • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti;
  • Rus və ingilis dili biliyi üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici valyuta bazarlarında valyutaların alqı/satqı məzənnələrinin daim izlənilməsi və bu barədə Xəzinədarlıq departamentinin direktoruna daim sistematik məlumatların verilməsi;
  • Bank müştərilərinin, o cümlədən filialların xarici valyutalar üzrə tələblərinin qarşılanması üzrə rəhbərliyə məlumat verilməsi və icrasının həyata keçirilməsi;
  • Gündəlik şəkildə dünyada baş verən məzənnə dəyişikliklərinə reaksiya verərək, yeni kursun Azərbaycan Mərkəzi Bankına nəzərən tərtib edilməsi, bankın aidiyyatı əməkdaşlarına ötürülməsi;
  • Sistemdə filialların və müştərilərin konvertasiya sifarişlərinin, müştəri köçürülmələrinin düzgünlüyünə nəzarət edilməsi, yoxlanılması;
  • Yerli və xarici əməkdaş banklarla əlaqə saxlanılması və əqdlərin bağlanılması;
  • AVM-ə nəzarəti həyata keçirilməsi və idarə edilməsi;
  • Maliyyə bazarları üzrə əqdlərə nəzarət bölməsi əməkdaşları ilə əməliyyatların 4 göz prinsipi ilə yoxlanıması.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.