Nəqliyyat, paylama və logistika

Umico (Competo MMC)

Anbardar

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-23

İş öhdəlikləri:

  • Anbarda malların qəbulu, yerləşdirilməsi və çeşidlənməsi
  • Fakturalara uyğun sifarişlərin doldurulması
  • İnventarların aparılmasında və inventar qalıqlarının uçotunda iştirak
  • Malların sənədlərə uyğunluğunun yoxlanılması və keyfiyyətə nəzarət 
  • Malların uçotu və hərəkəti üçün TSD (məlumat toplama terminalı) ilə işləmək
  • Anbarda asayişin qorunması, saxlama yerlərinin təşkili 
  • Yükləmə-boşaltma əməliyyatlarının aparılması 
  • Anbar sənədlərinin və hesabatların aparılması
  • Anbarın şəffaf işləməsini təmin etmək üçün şirkətin digər şöbələri ilə qarşılıqlı əlaqədə olmaq

Tələblər:

  • Anbarda minimum 1 il iş təcrübəsi
  • Anbar prosesləri və mühasibat sistemləri üzrə biliklər
  • PC və TSD ilə işləmək bacarığı
  • Word, 1C, Excel proqramlarını bilmək
  • Tapşırıqları dəqiq planlaşdırmaq və yerinə yetirmək bacarığı
  • Fikirləri aydın və effektiv formalaşdırmaq bacarığı
  • Ünsiyyət və komandada işləmək bacarığı
  • Ünvan: Sədərək (Lökbatan) Bakı Logistika Mərkəzi
  • İş saatları: Növbəli, 08:00-20:00 və 20:00-08:00.
  • Əmək haqqı : 600 azn net + 100 azn net bonus 

Komandamızın bir hissəsi olmağa hazırsınızsa, CV-nizi qeyd edilmiş e-mail ünvanına göndərin