İnzibati, Biznes və İdarəetmə

Umico (Competo MMC)

Pudo Manager

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-05

Vəzifə öhtəlikləri:

  • Çatdırılma xəritələrinin və statistikasının daimi monitorinqi.
  • Fəaliyyət xəritəsindən istifadə edərək yeni təhvil-təslim məntəqələrinin açılması
  • PUDO tərəfdaşlarının inteqrasiyası və təlimi
  • İşə cəlb olunmuş PUDO tərəfdaşlarla əməliyyat məsələlərində yardım.
  • Qəbul nöqtəsi şəbəkəsinin bir hissəsinin idarə edilməsi,
  • Bütün inzibati məsələlərin həlli,
  • Kadrların idarə edilməsi və təlimi,
  • Heyət tərəfindən mal və avadanlıqlarla işləyərkən təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdehlik daşınması
  • Paylayıcı məntəqələrin operativ idarə olunması,
  • Müştəri xidməti standartlarının, əmək intizamının, əsasnamə və təlimatların şöbə əməkdaşları tərəfindən yerinə yetirilməsini təmin etmək və nəzarət etmək,
  • Çatdırılma məntəqələrinin səmərəli fəaliyyətini təmin etmək üçün şirkətin əlaqədar şöbələri ilə qarşılıqlı əlaqə,
  • İnventarlaşdırmanın planlaşdırılması, təşkili və iştirak edilməsi,
  • Müştərilərdən geri qaytarmaların qəbulu prosesinə nəzarət,
  • Dövri hesabatların təqdim edilməsi,
  • İnventarizasiyanın aparılmasına cavabdeh olmalı,
  • Rəhbərlik tərəfindən işçinin müvafiq səlahiyyətlərinə aid edilən digər tapşırıqları yerinə yetirmək.

Namizədlər üçün tələblər:

  • Paylayıcı şəbəkənin idarə edilməsi sahəsində və ya oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi.
  • Proqram təminatı, o cümlədən 1C, Excel və Word proqramları üzrə biliklər.
  • Effektiv ünsiyyət bacarıqları və fikirlərini aydın şəkildə izah etmək bacarığı.
  • Tapşırıqların yerinə yetirilməsinə planlı yanaşma və vaxtı səmərəli idarə etmək bacarığı.
  • Ünsiyyət bacarıqları və tərəfdaşlar, işçi heyəti və şirkətin digər şöbələri ilə uğurla qarşılıqlı əlaqə qurmaq bacarığı.
  • Təfərrüata diqqət, xidmət və təhlükəsizlik standartlarının saxlanmasına sadiqlik.
  • Komandanın idarə edilməsi və kadr hazırlığı bacarıqları.
  • Şəhər xəritəsini yaxşı bilmək və yüklərin daşınması sahəsində təcrübə.
  • Statistikanı effektiv təhlil etmək və əməliyyatları planlaşdırmaq üçün analitik bacarıqlar.

Şərtlər:

  • İş qrafiki – 5/2
  • Ünvan : Ağ şəhər biznes mərkəzi 
  • Əmək haqqı müsahibənin nəticələrinə əsasən müəyyən edilir

Namizədlərdən CV-lərini “Menecer PUDO” başlığı ilə ingilis və ya rus dilində elektron ünvanına göndərmələri xahiş olunur.