Maliyyə xidmətləri

Umico (Competo MMC)

Xərclərə Nəzarət üzrə Menecer

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-29

Şirkət haqqında
Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Marketpleys, loyallıq proqramı və maliyyə xidmətləri bir tətbiqdə. O, istifadəçilərə bütün alış- verişlərdən bonus qazanmağa və onlayn alış veriş etməyə imkan verir. Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.
Vəzifə öhdəlikləri:

  • Anbar qalıqlarının uçotuna nəzarət.
  • İnventarizasiyanın təşkili və aparılması.
  • Sistemlər arasında inteqrasiyaların təhlili və nəzarəti.
  • Şirkətin anbarları üzrə balans hesabatlarının hazırlanması.
  • Maliyyə Menecerindən digər tapşırıqlar.

Namizədə tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat);
  • Maliyyə və mühasibatlıq sahəsində 3-5 il iş təcrübəsinə malik olması;
  • Anbar qalıqlarının uçotu və təhlili sahəsində təcrübə.
  • Mühasibat uçotu üzrə biliklər və maliyyə sistemləri ilə işləmək bacarığı.
  • Böyük həcmli məlumatlarla işləmək bacarığı və detallara diqqət.
  • Azərbaycan dili səlis, İngilis və rus dili arzuolunandır.
  • MS Excel və 1C 8.3 Proqramında işləmə təcrübəsi.

Şərtlər :

  • İş rejimi: 5/2
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri : Ağ Şəhər Ofis Binası və Anbarım Logistika Mərkəzi

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Xərclərə Nəzarət üzrə Menecer" mövzu hissəsində qeyd etməklə cv@umico.az elektron poçtuna göndərsinlər.