Digər

Veliev MMC

Planlama üzrə aparıcı mütəxəssis

Vəzifə və Öhdəlikləri:

  • Günlük,həftəlik və aylıq məhsul tələbinin hazırlanması;
  • Tələb olunan malların istehsal sahələrinə sifariş verilməsi və izlənilməsi;
  • İstehsalat dəzgahlarının faydalı iş əmsalının yüksək olmasının nəzərə alınması;
  • Planlamadan kənarlaşmaların ən az olması üçün daima nəzarətin olunması;
  • Anbar qalıqlarına daima nəzarət edilməsi;
  • Hesabatların düzgün hazırlanıb,təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Excel və Logo Tiger proqramları əla səviyyə;
  • Material tələbat planlaması (MRP) ;
  • Komanda ilə işləmə bacarığı ;
  • Analiz düşünmə bacarığı ;
  • Forsmajor hallarda sərbəst və ani qərar vermə bacarığı ;
  • Dil bilikləri üstünlükdür ;
  • SQL bilməsi üstünlükdür.

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Planlama üzrə aparıcı mütəxəssis" qeyd edərək elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Daha çox blog yazılarımız:

[moreBlogs]