Maliyyə xidmətləri

Veysəloğlu MMC

Aparıcı Maliyyəçi-Analitik

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-14

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

İşin təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.

Vəzifə öhdəlikləri:

  • İllik, aylıq  və həftəlik olmaqla fabriklər üzrə büdcə və proqnoz maliyyə hesabatları hazırlamaq;
  • Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
  • Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək;
  • Biznes üzrə analitik təhlillərin aparılmasını və optimal həll yollarının araşdırılmasını təmin etmək;
  • Təqdim olunan büdcə ilə fakt xərclərin analizini etmək və kənarlaşmaların izahını vermək.

Tələblər:

  • Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
  • Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları; 
  • Minimum 2 il müvafiq sahədə peşəkar təcrübə;
  • Yüksək səviyyədə ingilis və rus dili biliyi;
  • Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
  • Analitik və strateji baxış bacarıqları;
  • Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda anlayış;
  • Yüksək səviyyəli analitik bacarıqlar;
  • MS Office kompüter proqramları biliyi;
  • Power Bİ və SAP roqramından istifadə təcrübəsi arzuolunandır;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar: Nahar ilə təmin edilmə;

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Aparıcı Maliyyəçi-analitik” qeyd etməklə recruitment@veyseloglu.az https://karyera.veyseloglu.az/ elektron poçt ünvanına göndərə bilərlər.
 
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.