İnzibati, Biznes və İdarəetmə

Veysəloğlu MMC

Daxili Nəzarət üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-12-25

İş barədə məlumat:

  • Funksiya: Maliyyə Direktorluğu/Daxili Nəzarət Departamenti
  • Şöbə / Bölmə Daxili Nəzarət şöbəsi/Monitorinq bölməsi
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək 

Vəzifə öhdəlikləri:

  • Xidməti təminat apardığı strukturlardan daxil olmuş məlumatların araşdırma nəticələri barədə üst rəhbərini yazılı və ya şifahi qaydada məlumatlandırmaq;
  • Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən epizodik yoxlama və araşdırmalar aparmaq, monitorinqlər həyata keçirmək:
  • Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə neqativ halları müəyyən etmək;
  • Daxili nəzarət və digər strukturların fəaliyyətlərinə dair təsdiq edilmiş daxili siyasət, qayda və tələblərin tətbiqi və onların icrasına nəzarəti təmin etmək;
  • Vəzifə funksiyalarının icrası ilə əlaqədar digər nəzarət tədbirlərinin görülməsi üçün müvafiq təşkilati tədbirlər həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:

  •  Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;
  • Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya, istehsalat və ya digər oxşar sahələrin idarə etməsində ən azı 1 illik təcrübə;
  • Azərbaycan dilini əla bilməli, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti arzu olunandır;
  • MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı,  Mikro sistemlərindən və əl terminallarından istifadə etmək;
  • SAP biliyi;
  • Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş qrafiki:

  • Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Müraciət qaydaları: Namizədlər CV-ləri mövzu bölməsində “Daxili Nəzarət üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına və ya link-ə keçid edərək https://karyera.veyseloglu.az/ göndərə bilərlər.