Marketinq, reklam, çap və nəşriyyat

Veysəloğlu MMC

Lego üzrə Marka Meneceri

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Əgər siz innovativ, çevik, gənc və rəqamsal düşüncə tərzinə, ən əsası da Lego markası üzrə müvafiq bilgilərə sahibsizsə, onda bu vakansiya üçün uğurlu namizəd siz ola bilərsiz.

Çox fikirləşmədən vakansiyamıza müraciət edin. 

İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi. Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.

Vəzifə öhdəlikləri: 

  • Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
  • Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
  • Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
  • İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
  • Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
  • Bazarda məhsulun yayımını izləmək;
  • Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
  • Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
  • Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
  • Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
  • Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
  • Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək;
  • Rəqib şirkətlərin fəaliyyətini, kateqoriya siyasətini izləmək və ehtiyac olduqda rəhbərliyə müvafiq təkliflər vermək;
  • İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil;
  • Minimum 3 il B2B marketinq, satış sahəsində iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli; 
  • Yüksək analitik biliklərə malik olmalı; 
  • Azərbaycan, İngilis və Rus dillərində səlis danışma bacarığı;
  • MS Office kompüter proqramından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı
  • Kreativ düşüncə, yenilikçilik bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır
  • Nahar ilə təmin edilir

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Lego üzrə Marka Meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

Daha çox blog yazılarımız:

[moreBlogs]