SƏTƏM mütəxəssisi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-05-06
"Veysəloğlu" MMC “SƏTƏM mütəxəssisi” vakansiyasını elan edir.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Keşlə qəsəbəsi
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Vəzifə öhdəlikləri:
- SƏTƏM təlimatlarının hazırlanması və işçilərə təlimlərin keçirilməsi
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarətin həyata keçirilməsi
- İş qəzaları və peşə xəstəlikləri ilə bağlı halların araşdırılması, reaktiv və proaktiv tədbirlərin təşkili
- Ətraf mühitin mühafizəsi ilə bağlı normativ tələblərin icrasına nəzarət
- Risklərin qiymətləndirilməsi və analizi
- İstehsalat, logistika, təmir-tikinti prosesləri zamanı təhlükəsizlik tələblərinin icrasına nəzarət
- Təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün iş yerlərində günlük yoxlamaların keçirilməsi
- Qeydə alınmış uyğunsuzluqların təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək
Tələblər:
- SƏTƏM üzrə qanunvericilik (Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında qanun, Yanğın təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi) bilikləri
- FHN şəhadətnamə və vəsiqəsinin olması mütləqdir, ISO 45001 sertifikatının olması üstünlükdür
- Təlimlərin hazırlanması və keçirilməsi ilə bağlı təcrübə
- İstehsalatda qurğu və avadanlıqların istismarı zamanı təhlükəsizlik tələblərini bilmək
- Fövqəladə vəziyyətlərin idarə olunması üzrə bilgilər
- Ezamiyyətə getmək imkanı
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına
və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.