Nəqliyyat, paylama və logistika

Anbardar və maddi vəsaitlər üzrə mütəxəsis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-03-17

Tələblər:

  • Ali təhsil
  • Bu sahədə ən azı 3 il iş təcrübəsi
  • Tikinti və ya digər sahələrdə anbar uçotu üzrə təcrübə
  • Tikinti materialları, təsərrüfat və dəftərxana malları haqqında məlumatlı olmaq
  • Dəqiq, məsuliyyətli və təşkilatçılıq bacarığına sahib olmaq
  • Komandada işləmə və ünsiyyət bacarığı
  • Excel və digər ofis proqramları (Tiger, Word) ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Ofisin gündəlik fəaliyyətləri üçün lazım olan dəftərxana ləvazimatlarının (kağız, qələm, qovluq və s.) təmin edilməsi, alınıb istifadə olunması və ehtiyatların izlənməsi.
  • Ofis təchizatı, dəftərxana ləvazimatları və digər avadanlıqların anbarına nəzarət edilməsi, müvafiq inventarların saxlanması və ehtiyatların müntəzəm olaraq yenilənməsi.
  • Dəftərxana materiallarının və ofis təchizatının miqdarının dəqiq qeydiyyatını aparmaq, aylıq və ya illik inventar yoxlamaları həyata keçirmək.
  • Lazımi dəftərxana materialları və avadanlıqlar üçün təchizatçılarla əlaqə saxlanılması, sifarişlərin verilməsi və təchizatın vaxtında təmin edilməsi.
  • Maddi vəsaitlərin hərəkətini göstərən maliyyə hesabatlarının hazırlanması, aylıq və illik inventarların yoxlanması və sənədlərin müvafiq qaydada saxlanması.
  • Maddi vəsaitlərin mühafizəsinin təmin olunması, saxlama şəraitlərinin düzgünlüyünün yoxlanması və müvafiq qaydalara uyğun olaraq təşkil olunması.
  • Maddi vəsaitlərə dair müvafiq sənədlərin düzgün şəkildə qeydiyyatının aparılması, arxivləşdirilməsi və saxlanılması.
  • Müntəzəm olaraq maddi vəsaitlərin fiziki yoxlanmasını həyata keçirmək, ehtiyatların mühasibatlıq qeydləri ilə uyğunluğunu təmin etmək.
  • Maddi vəsaitlərin istifadəsi ilə bağlı qanunvericilik tələblərinə əməl edilməsi, müvafiq dövlət orqanları ilə əlaqə saxlanılması.

 Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində  “Anbardar və maddi vəsaitlər üzrə mütəxəsis” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.