Maliyyə Meneceri
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-27
Öhdəliklər:
- Qrup şirkətlərinin maliyyə hesabatlarının etibarlılığının yoxlanılması üçün maliyyə nəzarət mexanizmlərinə riayət edildiyinə əmin olmaq
- Maliyyə nəzarəti nəticələri əsasında Müşahidə Şurasına və İdarə Heyətinə təqdim ediləcək periodik hesabatların hazırlanması
- Uçot və maliyyə nəzarətinin düzgün təşkili üçün müvafiq siyasət və prosedurların, yanaşmaların əsas prinsiplərinin tətbiq edilməsini təmin etmək və təkmilləşdirmək
- Uçotun və hesabatlılığın Qrup şirkətləri tərəfindən vaxtında siyasət və prosedurlara uyğun təşkilinə dəstək və nəzarətin təmin edilməsi
- Qrup şirkətlərin illik maliyyə hesabatlarının xarici audit prosesinə effektiv idarə edilməsi və şirkət maliyyə komandasına dəstəyin verilməsi
- İllik büdcə prosesinin maliyyə analizləri istiqamətində dəstəyin verilməsi
- Səhmdarlar və Müşahidə Şurası tərəfindən tələb edilən digər maliyyə hesabatlarının vaxtında hazırlanması
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə nəzarəti, maliyyə hesabatlılıq və ya əlaqəli sahələr üzrə 4-5 il iş təcrübəsi
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri və praktiki biliklər;
- Azərbaycan və İngilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür)
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
- SAP proqramında sərbəst işləmək bacarığı üstünlükdür
- ACCA üzrə sertifikatların olması üstünlükdür.
- Big4 şirkətlərində təcrübə üstünlükdür
Maraqlananlar vakansiya ilə bağlı CV-lərini “Maliyyə Meneceri” başlığı altında Career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.