İnzibati, Biznes və İdarəetmə

Tender və Təchizat üzrə Aparıcı mütəxəssis (İT alışları üzrə)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-17

Öhdəliklər:

  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək və onun düzgün çalışmasına nəzarət etmək;
  • Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırmaların aparılması;
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Bu sahədə minimum 2 il iş təcrübəsi;
  • Yüksək analitik təhlil və çevik qərarvermə qabiliyyəti;
  • MS Office biliyi;
  • Komandada işləmə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan dili ,ingilis dili və rus dili bilikləri üstünlükdür.

Maraqlananlar vakansiya ilə bağlı cv-lərini Tender və Təchizat üzrə aparıcı mütəxəssis (İT alışları üzrə)”  başlığı altında Career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.