IT Biznes Analitik
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (Biznes inzibatçılığı və İT sahəsində təhsilə üstünlük verilir);
- IT layihələrinin təhlili və texniki tələblərinin sənədləşdirilməsində minimum 3 il iş təcrübəsi;
- Layihələrin idarəedilməsi üzrə təcrübə;
- Power BI, SQL, PL/SQL üzrə biliklərin olması;
- Güclü analitik düşüncə, texniki yazma və kommunikasiya bacarıqları;
- Dil bilikləri- azərbaycan dili- səlis; ingilis və rus dili-arzuolunandır.
- IT layihələrdə yeni metodologiyalara, rəqəmsal həllərə və ən yaxşı praktikalara açıq olmaq.
Vəzifə öhdəlikləri:
- IT layihələrinin təhlilinin aparılması və texniki tələblərin sənədləşdirilməsi;
- Proqram tətbiqetmə problemlərinin müəyyən edilməsi və həll yollarının təqdim edilməsi;
- SDLC prinsiplərinə əsaslanan texniki tələblərin təhlil edilməsi və dəstəklənməsi;
- Şirkətin yeni və mövcud biznes proseslərinin təhlili,, flow chart-ların hazırlanması;
- Layihələrin idarə olunması, deadline.ların təyin olunması;
- Şirkətin struktur bölmələrindən daxil olan müraciətlərin analitikasının aparılması;
- Digər bölmələrlə əməkdaşlıq edərək, tələblərin toplaması, həll yollarının müəyyənləşdirilməsi və proqram tətbiqetmə proseslərinin təşkili;
- Şirkətin proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- Texniki tapşırıqların yazılması;
- Texniki tapşırıqların əsasında iş planlarının tərtibi və işlərin izlənilməsi;
- Texniki tapşırıqlar üzərindən işlərin təhvil alınması və testlərin edilməsi;
- Layihələrdə biznes və ya İT analitik qismində iştirak etmək və s.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (IT Biznes Analitik) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.