BakuJobs

Baş Mühasib

Yeni
Xirman
Bakı şəhəri, Binəqədi yolu 1006 saat əvvəl0 baxış

Vakansiya təsviri

İş barədə məsuliyyətlər:

  • Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi;
  • Bütün növ maliyyə hesabatlarının tərtib olunması;
  • Mühasibatlıq şöbəsinin işinin təşkili və komandanın idarə edilməsi;
  • İstehsal sahəsində mühasibat uçotunun düzgün qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin etmək;
  • Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə inventarizasiyada iştirak və nəzarət edilməsi;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarə olunması;
  • Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması;
  • Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra edilməsi;
  • İş prosesində məlumatların məxfiliyinin qorunması.

Namizədə olan tələblər:

  • Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Yaş həddi: 28 – 50 yaş;
  • Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi mütləqdir);
  • Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə sertifikatları);
  • Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları;
  • Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları;
  • Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl), ingilis dili bilikləri arzuolunandır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100
  • İş qrafiki: Həftə içi 6 gün
  • Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcək);
  • Nahar ilə təmin olunma;
  • Korporativ mobil nömrə;
  • Rahat və stabil iş mühiti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 055-293-13-39

Mənbə: JobSearch

Oxşar vakansiyalar