Maliyyə xidmətləri

Yeni Texnologiyalar MMC

Baş Mühasib

Vəzifə öhdəlikləri:

  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması;
  • Müəssisənin apardığı bütün iqtisadi əməliyyatların mühasibat uçotu hesablarında və mühasibat uçotu qeydlərində dəqiq və düzgün şəkildə qeyd olunması;
  • Maliyyə hesabatları, kredit əməliyyatları və müəssisənin maliyyə fəaliyyətinin nəticələrinə dair əməliyyatların uçotunun təşkil edilməsi;
  • 1C proqramında dövrün bağlanma əməliyyatlarının düzgün və vaxtında həyata keçirilməsi;
  • Vergilərin və digər məcburi hesabatların düzgün şəkildə hazırlanması;
  • Müvafiq ödənişlərin hesablanaraq ödənilməsinə nəzarət edilməsi;
  • Nağd pul vəsaitləri, əmtəə və mal-materialların, habelə əsas fondların inventarizasiyasını təşkil etmək;
  • Xarici auditlər, vergi yoxlamaları və digər nəzarət qurumları tərəfindən aparılan yoxlamalarda iştirak edərək, sorğulara dəqiq və vaxtında cavab vermək.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə) ; 
  • Baş mühasib olaraq minimum 3 il iş təcrübəsi;
  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Vergi və Əmək qanunvericiliyi üzrə yüksək bilikləri;
  • MS Excel ilə işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • PMS, ACCA sertifikatLarı arzuolunandır.

Daha çox blog yazılarımız:

[moreBlogs]