Marketinq, reklam, çap və nəşriyyat

Zeytun Pharmaceuticals

Marketinq üzrə kiçik mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-01

Tələblər:

  • Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil.
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili sərbəst  (rus yaxud ingilis dili üstünlükdür)
  • Punktual, kreativ və innovativ olmaq
  • Geniş marketinq bilikləri və müxtəlif kanallarda (xüsusilə digital marketinq) uğurlu kampaniyaların idarə edilməsi təcrübəsi.

Əsas vəzifə öhdəlikləri:

  • Partnyorlarla müsbət peşəkar münasibətlər saxlamaq
  • Xidmətin məqsədlərinə uyğun olaraq bütün marketinq kanallarında (rəqəmsal və off-line) kampaniyaların idarə edilməsi
  • Korporativ məqsədlərin yerinə yetirilməsini təmin etmək üçün satışların artmasını təmin edən aktivliklərin keçirilməsi
  • Effektiv satış həllərini inkişaf etdirmək üçün bazar araşdırması aparmaq
  • Potensial müştərilərə şirkətin xidmətlərini tanıtmaq
  • Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak
  • Çap reklam materiallarının mətnlərinin yazılması və vizuallaşdırılmasında iştirak
  • Partnyorlarla iş, ortaq layihələrin idarəsi
  • Reklam kampaniyalarının effektivliyinin ölçülməsi
  • Lazım gəldikdə ezamiyyətlərə hazır olmalı
  • Microsoft office programları yüksək səviyyədə bilik olmalı 

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.