İstedadların Cəlb Olunması üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-01-15
Təsvir
- İşə qəbul prosesinin bütün mərhələlərini idarə etmək (elan tərtibindən işçi işə qəbuluna qədər);
- Uyğun namizədlərin axtarışını aparmaq və istedad bazasını genişləndirmək;
- Struktur rəhbərləri ilə əməkdaşlıq edərək vakansiya tələblərini dəqiqləşdirmək;
- Müsahibələrin təşkilində və keçirilməsində iştirak etmək, namizədlərin qiymətləndirilməsi;
- ATS (Applicant Tracking System) platformalarında işləmək və axtarış proseslərini optimallaşdırmaq;
- İşə qəbul prosesinə dair hesabatlar hazırlamaq və prosesləri təkmilləşdirmək;
- İnsan resursları ilə bağlı layihələrdə iştirak edərək komandanın inkişafına dəstək olmaq.
Tələblər
- İşə Qəbul sahəsində ən azı 3 il iş təcrübəsi;
- ATS sistemlərində və digər işə qəbul alətlərində işləmə bacarığı;
- Təqdimat bacarığı və müxtəlif mühitlərdə effektiv ünsiyyət qurma qabiliyyəti;
- Azərbaycan və İngilis dillərində Sərbəst ünsiyyət bacarığı (Rus dili üstünlükdür) arzuolunandır;
- Əla ünsiyyət bacarığı və komanda ilə işləməyə meyillilik;
- Güclü analitik düşüncə, təşkilati bacarıq və mühitə tez uyğunlaşma qabiliyyəti;
- İstedadların idarəedilməsi sahəsində əsas trendlər və yeni yanaşmalar haqqında məlumatlılıq;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) və Canvada işləmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.