Pərakəndə satış və müştəri xidmətləri
Supervayzer
Şöbə: Çağrı mərkəzi.
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzi əməkdaşlarının faydalı iş əmsalına artırmaq üçün iş yükünün proqnozlaşdırılması və hədəflərin müəyyənləşdirilməsi;
- Çağrı mərkəzinin qrupları arasında işçi qüvvəsinin bölgüsünun aparılması;
- Təmsilçilərin (operatorların) zəng planına nəzarət edilməsi;
- Şirkətin bütün məhsulları haqqında məlumatı əməkdaşlara düzgün təqdim etmək;
- Zənglərin idarə olunması və digər əməliyyatlara nəzarət edilməsi və onların inkişaf etdirilməsi;
- Əsas fəaliyyət göstəricilərinin tətbiq və təhlil edilməsi, o cümlədən fəaliyyətin və təmsilçilərin (operatorların) monitorinqinin həyata keçirilməsi;
- Statistik məlumatların toplanması, təhlil edilməsi və dövri hesabatların hazırlanması;
- Müştəriyə yüksək xidmət standartlarının təmin edilməsi məqsədilə heyətin təlimləndirilməsi və işə cəlb edilməsi;
- Şirkətin çağrı mərkəzində xidmətin daha səmərəli təşkili istiqamətində digər zəruri funksiyaların həyata keçirilməsi;
- Şirkətin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
- Ali təhsil;
- CRM tipli sistemlərlə minimum 1 il iş təcrübəsi;
- Müştərilər ilə peşəkar ünsiyyət qabiliyyəti;
- Problemləri həll etmək, analitik düşünmə bacarığı;
- Dinamik və yeniliklərə açıq;
- Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;
- Operativlik və gərgin iş rejimində işləmə bacarığı;
- Özəl şirkətlərdə çağrı mərkəzində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);
- MS Office, çağrı mərkəzi avadanlıqları və 3CX proqram təminatında sərbəst işləmək bacarığı;
- Çağrı mərkəzində müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
- Ə/H - 600 azn