Mühəndislik
Qaynaqçı
Vəzifə borcu:
- Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
- Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
- Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir;
- İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
- Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
- Temperatur rejiminə ciddi nəzarət etməlidir;
- Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s;
- Qaynaq avadanlıqlarının quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
- İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir;
- Qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
- Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir.
Tələblər:
- Orta-texniki təhsil;
- Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilməli.
Əmək şəraiti:
- İş yeri: Qubadlı rayonu
- İş rejimi: 6 gün, Əmək Məcəlləsinə uyğun olaraq
- Əmək haqqı: Razılaşma yolu ilə
- Qalmaq və yemək şirkət tərəfindən verilir.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Qaynaqçı” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.