Hüquq və məhkəmə xidmətləri

AtaSığorta ASC

Hüquqşünas

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00

İş yeri: Bakı şəhəri, Nəsimi rayonu. 

Son müraciət tarixi: 15 aprel 2023

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətin digər struktur bölmələrinin fəaliyyətinin həyata keçirilməsində hüquqi yardım göstərilməsi.
  • Cəmiyyətin digər struktur bölmələrinin sorğularına əsasən praktiki fəaliyyətlərində əmələ gələn hüquqi məsələlər üzrə məsləhətlər verilməsi. 
  • Tender sənədlərinin hazırlanmasında iştirak edilməsi. 
  • Filial və nümayəndəliklərin fəaliyyətə başlaması üçün zəruri sənədlərin hazırlanması və dövlət qeydiyyatı üçün müvafiq qurumlara təqdim edilməsi.
  • Cəmiyyətin struktur bölmələrinin əsasnamələri, vəzifə təlimatları, prosedur, proses və müvafiq qaydalarına hüquqi rəy verilməsi. 
  • Hüquqi məsələlərlə bağlı Cəmiyyətə daxil olan  şikayət,  ərizə  və müraciətlərin araşdırılması, qanunvericiliyə müvafiq cavab hazırlanması.
  • Cəmiyyətin bağladığı mülki-hüquqi xarakterli müqavilələrin tərtibində iştirak və onların hüquqi ekspertizasının həyata keçirilməsi.

Namizədə olan tələblər:

  • Ali hüquq təhsili;
  • İş stajı: 1 ilədək;
  • Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual, əmək qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır;
  • Azərbaycan dilini əla (yazı, danışıq) səviyyədə bilməlidir. İngilis dilini bilənlərə üstünlük verilir;
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15.04.2023-cü il tarixədək elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Hüquqşünas”) qeyd olunmalıdır) göndərə bilərlər.

Daha çox blog yazılarımız:

[moreBlogs]