Xəritə mühəndisi
Avrora MMC artıq 29 ildir ki, ölkəmizdə qida və içki istehsalı və distribüsiyası sahəsində aparıcı qüvvələrindən biri olmuşdur. Şirkətimizin istehsal sahələri qazlı vitaminləşdirilmiş içkilər, un, makaron və qənnadı istehsalı sahələridir. Beynəlxalq standardlara cavab verən fabriklərimizdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur. Şirkətimiz ölkəmizdə qida sektoruna verdiyi töhfələrlə yanaşı, həm də insan kapitalının inkişafına qoyulan investisiyalar və uğurla yerinə yetirilmiş korporativ sosial məsuliyyət layihələriylə tanınır.
Əsas vəzifə və öhdəliklər
- Topoqrafiya-geodeziya işlərini planlaşdırır və təşkil edir;
- Tikinti sahəsində topoqrafik ölçüləri aparır və onun əsasında torpaq işini müəyyən edir;
- İşləri vaxtında başa çatdırmaq üçün nəzarətində bütün zəruri sahə resurslarını (işçi qüvvəsinin, avadanlıqların,materialların və s.) təşkil edir;
- İstehsalatın geodezik işlər üzrə hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir;
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlini və çöl nəzarət cədvəlini tərtib edir;
- Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən edir;
- Nivelirdən, teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edir;
- Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə alır;
- Topoqrafik hesabatları və cizgiləri hazırlayır, həftəlik və aylıq həcm hesabatlarını hazırlayır;
- Topoqrafik ölçmə işlərinin layihə müdirliyi tərəfindən müəyyən edilən inşaat sahəsinin iş proqramına uyğun olaraq həyata keçirilməsini və nəzarətini təmin edir;
- Məlumatları AutoCad Civil 3D proqramında emal edir.
Tələb olunan bilik və bacarıqlar
- Geodeziya və xəritəçilik mühəndisliyi üzrə ali təhsil.
- Tikinti layihələrində minimum 10 il iş təcrübəsi .
- Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi.
- Autocad , Netcad və ya Autodesk 3 d proqramlarda biliklər
- Topoqrafik təhfil təslim və yoxlanış sənədləşmələri , geodeziya aktlarının hazırlanmasını bilməli.
- Tikinti quraşdırma iş və material həcmlərini hesablamağı bacarmalı.
İş şərtlərimiz
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00;
- İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xəritə mühəndisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.