Pərakəndə satış və müştəri xidmətləri
Satış təmsilçisi
Vakansiyanın təsviri:
- Birbaşa satışın həyata keçirilməsi;
- Müştərilərin aktiv axtarışı;
- Mövcud müştəri bazasının saxlanılması və genişləndirilməsi;
- Debitor borclarına nəzarət;
- Satış məntəqələri ilə alqı-satqı müqavilələrinin bağlanması, fikir ayrılıqlarının uzlaşdırılması və müqavilələrin icrasına nəzarət;
- Sifarişlərin çatdırılması və ödənilməsinə nəzarət;
Tələblər:
- HORECA sahəsində təcrübə;
- Rus dili yaxşı səviyyədə;
- Dəqiqlik, məsuliyyət;
- Şəxsi avtomobil.
Əmək şərtləri:
- İş qrafiki: 5/2, istirahət günləri: Şənbə, Bazar;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat;
- Əmək haqqı 500 AZN fix + motivasiya (bonus);
- % (motivasiya satış planının həyata keçirilməsindən asılıdır) ;
- Yanacaq və avtomobilin amortizasiyası şirkət tərəfindən ödənilir.