İnzibati, Biznes və İdarəetmə

Azerbaijan Energy Regulatory Agency

Enerji sahəsində liberallaşdırma şöbəsi–Mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) qanunvericilik və normativ xarakterli akt layihələrinin, inkişaf konsepsiyalarının, strategiyaların məqsədli proqramların hazırlanması ilə bağlı məlumatlar toplayır və araşdırmalar aparır;
  • Müvafiq sahədə əlverişli investisiya mühitinin formalaşdırılması, stimullaşdırıcı mexanizmlərin tətbiqi və investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq təcrübəni araşdırır və məlumatlar toplayır;
  • Müvafiq sahədə istehsalın diversifikasiyası, investisiyaların cəlb edilməsi və enerji istehsalının səmərəliliyinin artırılması ilə bağlı araşdırmalar aparır;
  • Müvafiq sahədə qəbul olunmuş dövlət proqramları, yol xəritələri, konsepsiyaların və strategiyaların icrası ilə bağlı hesabatların hazırlanması üçün məlumatlar toplayır;
  • Müvafiq sahədə sağlam rəqabət mühitinin formalaşdırılması, mübahisələrin həlli və istehlakçıların hüquqlarının müdafiəsi məsələləri ilə bağlı beynəlxalq təcrübə əsasında araşdırmalar aparır;
  • Müvafiq sahədə bazar münasibətlərinin formalaşdırılması üçün qabaqcıl beynəlxalq təcrübəni araşdırır;
  • Müvafiq sahədə bazarın liberallaşdırılması məsələləri ilə bağlı araşdırmalar aparır, arayışlar, analitik məlumatlar hazırlayır;
  • Seminar, təlim, konfrans, müşavirə və digər tədbirlərdə şöbə müdirinin razılığı ilə iştirak edir və nəticəsi barədə məlumat verir;
  • Şöbəyə daxil olan sənədlərlə tanış olur və icrası tələb olunan müraciətlərin müəyyən edilmiş müddətlərdə cavablandırılmasını təmin edir;
  • Şöbənin Əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Tələblər:

  • Enerji menecmenti, iqtisadiyyat, biznesin idarə edilməsi, beynəlxalq münasibətlər üzrə ali təhsil; 
  • İxtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş həddi 25-35 aralığı;
  • Yüksək səviyyədə MS Office bilikləri;
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etmək bacarığı;
  • Normativ hüquqi və digər sənədlərlə işləmə bacarığı; 
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili yüksək səviyyədə, rus dili arzuolunandır;
  • Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.

İş şəraiti

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji sahəsində liberallaşdırma şöbəsi-Mütəxəssis) qeyd etməniz tələb olunur. 

Daha çox blog yazılarımız:

[moreBlogs]