Kitabxanaçı
Təsvir
- ADY-nin kitabxana siyasətinə uyğun olaraq oxucuların kitabxanadan istifadəsinin operativ təşkilinin həyata keçirilməsi və prosesin izlənilməsini təmin etmək;
- Kitabxana fоndunun dövriyyəsi haqqında statistik göstəricilərin hazırlanması və görülən işlərin hesabatlılığının aparılması;
- Oхuculаrın mütаliə mаrаğını öyrənərək kitabxana fondunun hansı istiqamətdə inkişaf etdirilməsinə və ya komplektləşdirilməsinə dair təkliflər vermək;
- Kitabxananın daha da zənginləşdirilməsi məqsədilə istismara verilən yeni avadanlıqların təlimat kitabçalarını struktur vahidlərinin rəhbərləri ilə razılaşdırdıqdan sonra fonda daxil etmək;
- Məzmunca köhnəlmiş nəşrlərin arxivləşdirilməsini və ya silinməsini təmin etmək;
- Fonda daxil olan hər bir informasiya daşıyıcısının texniki cəhətdən işlənməsini (təsnifat kodunun vurulması, ştrix kodun təyin edilməsi, möhürün vurulması, üzlüklərin vurulması və s.) təmin etmək;
- AKİS-in (Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri) aidiyyatı modulu üzrə oxucu hesablarının yaradılması, izlənilməsi, redaktə edilməsi və müəyyən icazələrin verilməsini təmin etmək;
- Kataloqlaşdırma qaydalarını müəyyən edən standartları əsas tutaraq “Kataloq” modulunda məlumat bazasının yaradılması, biblioqrafik yazılarda redaktələrin edilməsi və məlumatların düzgünlüyünü yoxlanılması;
- Fəaliyyət istiqamətləri üzrə birbaşa rəhbərinin tapşırığı ilə qərar, əmr və göstərişlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, ehtiyac olduqda həmin sənədlərin layihələrinə dair rəy və təkliflər vermək;
- Fəaliyyət istiqamətləri üzrə və birbaşa rəhbərinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək
Tələblər
- Təhsil səviyyəsi: Ali ;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Kompüter bilikləri: MS Office;
- Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə
Vakansiya haqqında
- Son tarix dekabr 2, 2024
- Paylaşılıb noyabr 25, 2024
- Vakansiya növü Tam ştat