Pərakəndə satış və müştəri xidmətləri

Azercell

İri və Orta Bizneslərə Satış şöbəsinin satış koordinatoru

 Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
  • Davamlı karyera inkişafı imkanları;
  • Təlim və fərdi inkişaf proqramları;
  • Rəqabətli əmək haqqı;
  • Bonus ödənişi;
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);
  • Korporativ telefon və nömrə ilə təmin olunma;
  • Limitsiz Azeronline Internet Paketi;
  • Əlavə güzəşt və endirimlər.

İş qrafiki: 

  • Bazar ertəsi - Cümə, 09:00 - 18:00.
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

İş yeri: 

  • “Azercell Telekom“ MMC, Port Baku

Əsas Öhdəliklər:

  • Yeni və mövcud şirkətlərə B2B təkliflərinin, məhsulların və həllərin satışı;
  • İri, Orta və Kiçik Miqyaslı şirkətlərin saxlanması və əldə olunması;
  • İri, Orta və Kiçik Miqyaslı şirkətlərlə əməkdaşlıq imkanlarınını müəyyən edilməsi;
  • Satış kanallarının genişləndirilməsi;
  • Mövcud şirkətlərin böyüdülməsi, yeni əməkdaşlıq sahələrin təyin edilməsi və yeni satış imkanlarının müəyyən edilməsi;
  • Müştəri münasibətlərinin və yaşam dövrünün idarə edilməsi;
  • Xidmətlər, məhsullar və həllər üzrə gəlir səviyyəsinin artırılması və qorunması;
  • Biznes seqmentləri üzrə kontakt strategiyasının idarə edilməsi;
  • İri, Orta və Kiçik Miqyaslı şirkətlərə aid biznes təhlillərinin aparılması;
  • Günlük/Həftəlik/Ayliq fəaliyyətlətlərin xüsusi raportlar vasitəsi ilə təqibi və nəzarəti;
  • Müştərinin biznes tələblərinə uyğun olaraq cəlbedici təkliflərin təqdim olunması;
  • Bütün işləri prosedur və təlimatlara uyğun yerinə yetirmək;
  • Rüblük və illik planların icrası, o cümlədən rüblük ƏPG-ə çatmağı təmin etmək;
  • Korporativ məlumatların konfidensiallığını qorumaq;
  • Daxili müştəri tələblərinə cavab vermək.

Tələb olunan bacarıq və təcrübə:

  • Biznes/Maliyyə/Marketinq və ya oxşar sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Korporativ satış sahəsində 3-5 illik iş təcrübəsi (telekom üzrə təcrübəyə üstünlük verilir);
  • Korporativ müştərilərlə işləmək təcrübəsi;
  • Biznes təfəkkürü (biznesdən ümumi anlayış, satışla bağlı biliklər);
  • lİderlik və idarəçilik bacarığları;
  • İctimaiyyət qarşısında çıxış etmək bacarığı;
  • Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarığı;
  • Analitik bacarıq;
  • Vaxtın düzgün idarə edilməsi və iş tapşırıqlarının prioritetləşdirilməsi bacarığı;
    Aşağıdakılar üzrə bilik:
  • MS Word, Excel, PowerPoint;
  • Statistik analiz proqramları, vasitələrindən istifadə etmək təcrübəsi.
    Dil bilikləri:
  • Azərbaycan və Rus dillərində əla yazılı və şifahi dil bilikləri, ingilis dili - yaxşı səviyyədə.

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi;
  • Yetkinliklər/bacarıqların yoxlanmasına dair müsahibə.

5th August 2024 12:00 AM

Daha çox blog yazılarımız:

[moreBlogs]