Mühəndislik

Azercell

Proqram sistemlərinin istismarı bölümünün mühəndisi / IT Departamenti

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Əsas Öhdəliklər:

  • Həvalə edilmiş şirkət daxili yaradılan tətbiqlərin və təchizatçılar tərəfindən təqdim olunan platformaların 24/7 texniki dəstəyi və istismarı
  • Kəsintiləri, dayanmaları və xətaları minimallaşdırmaq və mümkün ən qısa müddətdə aradan qaldırmaq
  • Mövcud xidmətlərdə, platformalarda və proqram təminatında xətaları və ya çatışmazlıqları müəyyən etmək və uyğun həll yollarını hazırlamaq
  • Həvalə edilmiş sistemlərdə problemlərin aradan qaldırılması və həllərin hazırlanması üçün proqramçılar və təchizatçılar ilə işləmək
  • Tətbiqləri, yeni və ya dəyişilmiş məhsul və xidmətləri uyğun mühitlərə (test, istehsal) daşımaq
  • Proqram təminatının istehsalata daşınmasından öncə müvafiq keyfiyyətə nəzarət və yoxlamaların edilməsi
  • Səhvləri və çatışmazlıqları aşkar etmək, mövcud xidmətləri, platformaları və proqram təminatını tənzimləmək və məsuliyyət altındakı sistemlər üçün həllər hazırlamaq
  • Layihə üzvü olaraq müvafiq layihələrdə iştirak etmək
  • DevOps alətlərini və yanaşmalarını tətbiq edərək, defekt aşkar olma nisbətini, açıq defektlərin ümumi sayını, implementasiya ilə əlaqədar insidentləri və istehsal insidentlərini azaltmaq

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Təhsil: Kompüter Elmləri və ya Riyaziyyat üzrə ali təhsil üstünlükdür
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (intermediate), Rus dili biliyi üstünlükdür
  • İş Təcrübəsi: uyğun sahədə min 1 il
  • Texniki araşdırma və təhlil
  • Əməliyyat sistemi səviyyəsində araşdırma və təhlil üçün alətlərdən istifadə etmə
  • OS Linux
  • SQL
  • Scripting (Bash və ya Python)
  • Containers (Docker, Kubernetes)
  • CI/CD (Gitlab, Jenkins)

Arzu olunan bacarıqlar:

  • Kompüter elmləri, riyaziyyat və ya informasiya texnologiları sahəsində minimum bakalavr təhsili
  • Uyğun sahədə minimum 2 illik iş təcrübəsi
  • Telekom sahəsində iş təcrübəsi
  • Unix/Linux əməliyyat sistemlərində system administrator təcrübəsi
  • Real rejimli sistemlərlə işləmə bacarığı
  • PLSQL ilə işləmə təcrübəsi
  • Ansible bilikləri və təcrübəsi
  • Kubespray ilə işləmə təcrübəsi

Üstünlük kimi nəzərə alınacaq:

  • Araşdırma və analiz etmə bacarıqları
  • Kommunikasiya və təqdimat bacarıqları
  • Komanda ilə birgə işləmə bacarığı

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • İxtisas Testləri
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

Daha çox blog yazılarımız:

[moreBlogs]