Pərakəndə satış və müştəri xidmətləri

Azercosmos

Müştəri meneceri

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” Satış departamentinin Yerin müşahidəsi üzrə kommersiya həlləri bölməsinə müştəri meneceri vakansiyası üzrə işçi qəbulu elan edir!

Əsas funksiyalar:

  • Struktur bölmədə sənədlərin idarə olunması prosesini təmin etmək;
  • Satış menecerləri ilə birgə layihələr üzrə kommersiya danışıqlarında iştirak və dəstək;
  • Daxili departamentlərlə (Marketinq, Maliyyə, Hüquq, CİS və s.) koordinasiyalı işləmək;
  • Tender proseslərində iştirak və satış menecerlərinə dəstək;
  • Müştərilər və layihələr barədə mütəmadi hesabatlar və proqnozların hazırlanması;
  • Satış hədəflərinə çatmaq üçün KPI-ların icrasına cavabdeh olmaq;
  • Mövcud müştəri bazasının qorunması və inkişafı üçün aktiv kommunikasiyanı təmin etmək;
  • Mövcud müştərilərlə əlavə satış (upsell) və çarpaz satış (cross-sell) imkanlarının müəyyən edilməsi və reallaşdırılması;
  • Müştəri dəstəyi və müştəri qayğısı üzrə effektiv yanaşmaların tətbiqi;
  • CRM sistemində müştəri və layihə məlumatlarının əlavə olunması və yenilənməsi;
  • Müvafiq xidmət aktlarının və hesab-fakturaların koordinasiyası və təqdim edilməsinə nəzarət;
  • Müqavilə şərtlərinə uyğun xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə.

Tələblər:

  • Təhsil: Ali təhsil (Coğrafi informasiya sistemləri, idarəetmə, iqtisadiyyat, biznesin təşkili və ya oxşar sahələr üstünlükdür);
  • İş təcrübəsi: 3+ il müştəri münasibətlərinin idarə olunması və ya satış sahəsində təcrübə;

Bilik və bacarıqlar:

  • Partnyorlar və müştərilərlə işin idarə olunması;
  • Korporativ maliyyə üzrə fundamenmtal biliklər;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Fərqli formatda görüşlərin təşkil olunamsı və təqdimatların keçirilməsi bacarıqları;
  • Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı;
  • Analitik və tənqidi düşünmə qabiliyyəti, sürətli öyrənmə, adaptasiya;
  • Müştəri yönümlü yanaşma və aktiv satış bacarığı;
  • Komandada işləmək və müxtəlif departamentlərlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Təşəbbüs göstərmə və innovativ yanaşma;
  • Özünə inam və əminlik;
  • Yaxşı planlaşdırma bacarıqları;
  • Sərbəst işləmək; 
  • Bütün səviyyədə çalışan həmkarlarla əməkdaşlıq bacarığı; 

Kompüter bilikləri: MS Office və CRM platformalar

Dil bilikləri: 

  • Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində) 
  • İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində) 

İş qrafikı:

  • İş qrafiki : Tam iş günü (həftəarası 5 gün)
  • İş saatları: 09:00-18:00

Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Müştəri meneceri” başlığı ilə göndərə bilərlər.

Daha çox blog yazılarımız:

[moreBlogs]