İnzibati, Biznes və İdarəetmə

Azersun Holding

Performans mütəxəsssisi

Tələblər:

  • Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) olmalı;
  • İnsan resurslarının əmək fəaliyyətinin idarəolunması sahəsində 3-5 il iş təcrübəsi;
  • İnsan Resurslarının İdarəolunması və ya İş Fəaliyyətinin İdarəolunması sahəsində müvafiq sertifikatlar əlavə üstünlükdür;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmə bacarığı;
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;

İş haqqında məlumat: 

  • Performans İdarəolunmasına dair proqram, strategiya, siyasət, prosedur, proses, təlimat və departamentlərin performans məsələlərinin inkişafı üçün vasitələrin hazırlanmasında, tərtibatında, saxlanmasında və icrasında köməklik etmək;
  • Performans İdarəetmə prosesini hazırlamaq, həyata keçirmək və izləmək;
  • Hədəfi təyin etməklə, yarımillik izləmə və il sonu qiymətləndirmə prosesini həyata keçirməklə fərdi, komanda və təşkilati inkişafa dəstək vermək;
  • Təşkilat səviyyəsində performansın idarəedilməsi və performasın təkmilləşdirilməsi proqramlarının idarə və koordinasiya etmək;
  • Şirkətimizin korporativ mədəniyyətinə və fəaliyyətinə müsbət təsir göstərmək üçün işçilərin və rəhbərliyin bütün səviyyələri üçün təşkilat səviyyəsində performans fəaliyyətini inkişaf etdirmək və idarə etmək;
  • Performans qiymətləndirmə sistemində əsas fəaliyyət göstəricilərinin, əsas səriştələrin və əsas dəyərlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik performans qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarını tərtib edir;
  • Seçilən göstəricilərin kəmiyyət və keyfiyyət göstəriciləri arasında tarazlığı təmin etmək.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Performans mütəxəsssisi” qeyd etməyiniz xahiş olunur.

Daha çox blog yazılarımız:

[moreBlogs]