İnzibati, Biznes və İdarəetmə

Bank of Baku

Analitik təhlil bölməsinin baş eksperti

Vəzifə öhdəlikləri:

  • Öz səlahiyyətləri daxilində, Bankın fəaliyyətinə aid məhsullar və xidmətlər barədə məlumat toplamaq və təhlil etmək;
  • Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarəti təmin etmək, bu hədəflər ilə əlaqədar təhlillər aparmaq;
  • Qərar qəbuletmə prosesini dəstəkləmək məqsədilə deskriptiv və diaqnostik təhlillərə əsaslanan analitik hesabat və rəyləri hazırlamaq;
  • KPI göstəricilərinin monitorinqi və effektivliyini qiymətləndirmək;
  • Rəqabət mühitinin, bazar trendlərinin və yeni biznes imkanlarının təhlil etmək;
  • Analitik təhlil proseslərinin təkmilləşdirilməsi və hesabatların avtomatlaşdırılması sahəsində təşəbbüslərlə çıxış etmək;

Tələblər:

  • Ali təhsil;
  • Analitika sahəsində iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excel və SQL biliyi;
  • Problem həll etmə və analiz bacarıqları;
  • Məsuliyətlilik, diqqətlilik. 

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Daha çox blog yazılarımız:

[moreBlogs]