Pərakəndə satış və müştəri xidmətləri

Camal LTD

HoReCa satış müdiri

İş barədə məlumat:

  • Ali təhsil: İqtisadiyyat, menecment istiqamətləri üzrə üstünlükdür
  • Yaş: 28 - 45 yaş
  • HoReCa sahəsində ən az 3 il iş təcrübəsi
  • Azərbaycan dili və Rus dili (mükəmməl), ingilis dili arzuolunandır.
  • MS Office proqramları biliklərə sahib olmalıdır
  • Komanda ilə işləmə bacarığı
  • Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı

Namizədə tələblər: 

  • Satış komandasına rəhbərlik etmək və komandanın işinin yoxlanılması
  • Satış planları və hədəflərinə nail olmaq üçün HoReCa satış sahəsində satış təmsilçilərini idarəetmə bacarığı
  • Satış komandasının satış nöqtələrində meydana çıxmış problemlərini araşdırmaq və həll etmək
  • Gündəlik rutların təyin edilməsi
  • Satış komandasına HoReCa sahəsində təlimlərin keçirilməsi
  • HoReCa satışı üzrə fəaliyyət planını hazırlamaq və hədəfləri müəyyən etmək
  • Həftəlik, aylıq, rüblük hesabatlar hazırlamaq, analiz etmək və rəhbərliyə təqdim etmək
  • Məhsulun tanıtımı və daxili bazarda satışın yüksəldilməsi, bazarda araşdırmaların aparılması və satış analizlərinin həyata keçirilməsi
  • HoReCa sektorunda potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması
  • HoReCa sektorunda müştəri bazasının artırılması.

İş şəraiti: 

  • İş qrafiki: I-VI günlər
  • Əmək haqqı: 1500+Azn
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • Korporativ nömrə şirkət tərəfindən təmin olunur

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “HoReCa satış müdiri” yazmaqla müraciət edilir.

Daha çox blog yazılarımız:

[moreBlogs]