Mühəndislik

Diamed Co.

Elektronika mühəndisi

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil mütləqdir.
  • Vəzifə üzrə iş təcrübəsi mütləqdir. (ən azı 3-5 il)
  • Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
  • Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
  • Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
  • Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
  • Elektronika-Avtomatika sahəsində ali təhsil
  • Elektrik çertyojları oxuma bacarığı
  • Analiz və təhlilləri apara bilmək bacarığı
  • Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalıdır(Ingilis-rus dili bilənlərə üstünlük veriləcək)
  • Kompüter bilikləri: İnternet, Mirosoft Office, Excell-Word, Outlook.

İş barədə məlumat:

  • Avadanlıqların təmzimlənməsi, sazlanması işlərini görmək
  • Avadanlıqlara texniki baxışın keçirilməsi, diaqnostika- profilaktika işlərini görmək
  • Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək
  • Mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək
  • Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq
  • Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri
  • Avadanlıqların texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək
  • Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək
  • Avadanlıqların ehtiyat hissələri ilə təmin edilməsi, istismarda olan cihazların mühafizəsinə nəzarət edilməsi.

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş qrafiki
  • İş saatları: 09:00-18:00
  • İş ünvanı: Bakı ş. Pirallahı ray.
  • Əmək haqqı: 2000-2500 Azn (başlanğıc)

Tələblərə uyğun şəxslər şəkilli CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə“Elektronika mühəndisi” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

Daha çox blog yazılarımız:

[moreBlogs]