İnzibati, Biznes və İdarəetmə

Diamed Development Group MMC

HR

 

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi (Tibb və istehsalat sahəsində təcrübəsi olanlara üstünlük verilir)
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
  • Əmək məcəlləsinə uyğun sənədləşmə

İş barədə məlumat:

  • Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi və bu kimi digər rəsmiləşmə işlərinin aparılması
  • Qanunvericiliyin tələblərinə uyğun bütün əmrlərin hazırlanması
  • Əmək haqqı tabelinin hazırlanması
  • Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
  • İşçilərin şəxsi işlərinin tərtib edilməsi
  • Şirkət daxili prosedur və qaydaların hazırlanması
  • Tabel uçotunun aparılması
  • Namizədlər bazasının yaradılması
  • Kadrların ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi
  • Vəzifə təlimatlarının hazırlanması
  • Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
  • İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
  • İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi
  • İnsan Resursları üzrə cari və perspektiv planların hazırlanması
  • Daxili nizam-intizama nəzarət edilməsi;
  • Kadr sənəd dövriyyəsinin aparılmasına nəzarətin təşkil edilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş rejimi, şənbə qısa iş günü
  • İş ünvanı: Bakı ş. Nərimanov rayonu, Həsən Əliyev 493a
  • Əmək haqqı: 1000 Azn 

Tələblərə uyğun şəxslər şəkilli CV formalarını Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə  “HR” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

Daha çox blog yazılarımız:

[moreBlogs]