Mühəndislik
Texniki nəzarət üzrə mühəndis
Vəzifə öhdəlikləri:
- Tikintinin gedişatı zamanı müxtəlif işlərin (elektromontaj,sanitar və s.) icra edilməsininin keyfiyyətinə nəzarət edir;
- Nəzarətin nəticələri uzrə qeydlər aparır;Nəzarət nəticəsində üzə çıxan uyğunsuzluqlar haqqında layihənin iş icraçısına məlumat verir;
- Təşkilatın layihələrinin icrası zamanı baş verən çətinlik və uğursuzluqların(geciktirmə,keyfiyyətin aşağı düşməsi və s.) səbəblərini, layihə obyektlərinin istismarı haqqında məlumatları analiz edir;
- Başa çatmış tikinti-montaj işlərinin qeydini aparır;
- Ümumi tikinti planının icrası haqqında hesabat üçün lazım olan məlumatları hazırlayır;
- Ortaya çıxan nöqsanları aradan qaldırmaq üçün tədbirlər görür;
- Tikinti təşkilatları tərəfindən nöqsanların aradan qadırılmasının keyfiyyətinə nəzarət edir;
- Tikinti-montaj işlərinin icrasını,podratçı təşkilatlardan başa çatmış işlərin qəbulunu,başa çatmış tikinti-montaj işlərin və obyektlərin qəbulunu həyata keçirir,lazımi texniki sənədləşməni tərtib edir;
- Tikinti zamanı üzə çıxan layihə üzrə qərar dəyişikliklərin müzakirə və razılaşdırılmasında,tikinti obyektlərinin qəbul və istismarını həyata keçirən komissiyada iştirak edir:
Vəzifə üzrə tələblər və biliklər:
- Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri,tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını.
- Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını;
- Tikinti sahəsində olan istehsal avadanlıqlarını, onların istismar qaydalarını;
- Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
- Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi.
- Microsoft Office, AutoCad,
Əlavə məlumat:
- İş qrafiki: Tam iş günü ( 6 gün );
- Korporativ nömrə (korporativ paket);
- Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Texniki nəzarət üzrə mühəndis” yazaraq göndərə bilərlər.