Pərakəndə satış və müştəri xidmətləri

Golden Pay

Təchizat və Satınalmalar üzrə Mütəxəssis

Vakansiyanın tələbləri: 

  • Ali təhsil;
  • Satınalma sahəsində 1-3 illik analoji iş təcrübəsi;
  • MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək komandada işləmək bacarıqları;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • Ünsiyyət qurma bacarığı;
  • İngilis dili biliyi. 


Vəzifə öhdəlikləri: 

  • Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək;
  • Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək;
  • Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması;
  • Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
  • Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək;
  • Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
  • Tələblər əsasında potensial mal təchizatçılarının araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi
  • Tələblər əsasında müvafiq analizlər etmək və spesifikasiyalara uyğun doğru və düzgün təchizatçı şirkətlərdən təkliflərin hazırlanması
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
  • Tədarükçülər ilə mütəmadi olaraq görüşlər təyin etmək və yeni tədarükçülərin araşdırılması
  • Görülən işlərin hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
  • Satınalma şöbə rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Son müraciət tarixi: 31.08.2024 

Müraciət etmək üçün, CV-nizi email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Daha çox blog yazılarımız:

[moreBlogs]