SƏTƏM üzrə Mütəxəssis
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: 3-5 il;
- FHN SƏTƏM üzrə şəhadətnamə;
- FHN – Biliklərin yoxlanılması üzrə sertifikat;
- İlk yardım sertifikatı;
- Yanğından mühafizə sertifikatı;
- NV-nin təhlükəsiz idarə olunması sertifikatı;
- ISO 18001, ISO 22000 (Yeyinti məhsulllarının saxlanılması), ISO 14001 (Ətraf mühitin mühafizəsi), ISO 9001 (İşin keyfiyyətli icra olunması) sertifikatları.
Vəzifə öhdəlikləri:
- Şirkət işçilərinə SƏTƏM üzrə giriş təlimatı vermək;
- Əməyin mühafizəsi ilə əlaqədar əmrlər və digər sənədləri hazırlamaq;
- Əməyin təhlükəsizliyi baxımından xüsusi icazə tələb edən sahələrin əməkdaşlarının sertifikatlarının müddətlərini nəzarətdə saxlamaq, sertifikatı olmayanların və ya müddəti bitənlərin təlim keçmələrini tələb etmək;
- Əməkdaşların kvalifikasiyasına uyğun olaraq ixtisasının artırılması ilə bağlı təkliflər vermək;
- Dövlət standartlarına uyğun Yanğından mühafizəni təşkil etmək, təxliyyə planlarının hazırlanmasını təşkil etmək və hazırlanmasında iştirak etmək;
- SƏTƏM sahəsində fəaliyyət planı hazırlamaq;
- FHN-nin əməkdaşları ilə sahəyə baxış keçirilməsində iştirak etmək, tutulan iradların aradan qaldırılmasını təmin etmək;
- SƏTƏM sahəsinə aid təlimatlar, sorğu kitabçaları və qaydaları hazırlamaq, əməkdaşların bu təlimatlar və qaydalarla tanış olmalarını təmin etmək;
- Müəssisənin nizam-intizam və SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək;
- Tələb olunan yerlərdə və ərazilərdə xüsusi işarələr və məlumatlandırıcı və xəbərdaredici lövhələr yerləşdirmək;
- Əməkdaşların təhlükəsiz əmək şəraitində işləmələrini təşkil etmək və buna davamlı nəzarət etmək;
- İşçiləri fərdi mühafizə vasitələri ilə təmin etmək və düzgün istifadə olunmasına nəzarət etmək;
- Yüklərin boşaldılması, yüklənilməsi və bir yerdən başqa yerə daşınması zamanı təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Müəssisənin bağladığı əqd, razılaşma və ya müqavilələrlə bağlı zərurət olarsa SƏTƏM baxımından rəy vermək.
İş şərtlərimiz:
- Əmək haqqı: 2366-2630 AZN;
- İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);
- Servis xidməti.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM üzrə Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.