Hüquq və məhkəmə xidmətləri
Hüquqi şəxslərlə iş üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Akademiyanın xidmətlərinin şirkətlərə təqdimatını və satışını etmək;
- Şirkətlərə uyğun xidmətləri təkmilləşdirmək və yeni xidmətlərlə bağlı təkliflər hazırlamaq;
- Satışın rəsmiləşdirilməsi prosesini həyata keçirtmək.
Tələblər:
- 25-30 yaş
- Yaradıcı təqdimetmə bacarığı;
- Yüksək ünsiyyət, satış və inandırmaq bacarığı;
- İngilis və / və ya rus dili biliyi üstünlük hesab olunur.
İş şəraiti:
- İnnovativ və yeniliyə açıq gənc komanda;
- Öz ixtisasında peşəkar idarə heyəti;
- Yeni qurulan departamentdə qısa zamanda yüksəlmək potensialı
- İş qrafiki: həftəiçi 9:30 – 18:00, şənbə günü saat 9:30 - 13:00
- Əmək haqqı namizəddən asılı olaraq 500-800 AZN arasında dəyişir. Əlavə olaraq iş performasından asılı olaraq bonus hesablanır.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində "Hüquqi şəxslərlə iş üzrə mütəxəssis" yazmaqla mail adresinə göndərə bilərlər.