İnzibati, Biznes və İdarəetmə
İnsan Resursları mütəxəssisi
Vəzifə öhdəliyi:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
- Namizədlərin axtarışı və müsahibələrin keçirilməsi;
- Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
- Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
- Aylıq müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi
- İş rejiminin qanunvericiliyə uyğun təyin edilməsinə nəzarət etmək
- 1C-ə işçilərin yerləşdirilməsi
Tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: İnsan Resursları sahəsində minimum 3 - 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Peşəkar ünsiyyət qurma bacarığı;
- ƏMAS ilə işləmə bacarığı
- Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarından məlumatlı olmalı
- Yüksək səviyyədə təqdimat bacarığı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Aktiv və komandada işləmək bacarığı.
- Şəxsi avtomobili olması vacib şərtlərdəndir.( Çünki restoranlarımız magistral yollarda yerləşir və bəzən bölgələrə getmək ehtiyacı yaranır (müsahibələr və işçilərlə ümumi görüşlər zamanı)
İş qrafiki:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 1200-1500 AZN (Namizədin bilik və bacarığına əsəsən dəyişir)
- İş yeri: Gumush Plaza
Namizədlərdən öz CV-lərini “İnsan Resursları mütəxəssisi” vakansiya adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.