Pərakəndə satış və müştəri xidmətləri
Korporativ Satış Meneceri
Zavodlar, sənaye obyektləri, fərdi evlər və tikinti sahələrində yeni layihələri və sifarişləri şirkətə cəlb edə biləcək dinamik satış mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Tikinti sahələri, zavodlar, sənaye obyektləri, fərdi evlər və binalara yaxınlaşaraq potensial layihə və xidmət tələblərini müəyyənləşdirmək.
- Müştərilərlə görüşlər keçirmək, tikinti, mühəndislik və təchizat həllərinə dair fərdi təkliflər vermək.
- Yeni tikinti və təmir layihələrini, zavod və obyektlərin təchizat tələblərini şirkətə cəlb etmək.
- Mövcud müştəri bazasını genişləndirmək və yeni biznes imkanlarını inkişaf etdirmək.
- Bazar tələblərini və rəqibləri analiz edərək effektiv satış strategiyaları qurmaq.
Tələblər:
- Satış və biznes inkişafı sahəsində minimum 2 il iş təcrübəsi.
- Zavodlar, sənaye obyektləri və tikinti sahələri üzrə iş təcrübəsi üstünlükdür.
- Satış və ya tikinti-təchizat sahəsində danışıqlar aparmaq və müqavilə bağlamaq bacarığı.
- Mühəndislik və tikinti həlləri ilə tanışlıq, zavod və fərdi ev layihələrinə uyğun təkliflər hazırlamaq.
- Azərbaycan dilində səlis, Rus və ya İngilis dillərində bilik üstünlükdür.
- Təşəbbüskar, nəticəyönümlü və müstəqil işləmək bacarığı.
Təklif edirik:
- Sabit əmək haqqı + motivasiyaedici bonus sistemi.
- Yeni müştəri və layihə cəlb etməyə əsaslanan əlavə mükafatlar.
- Karyera inkişafı və peşəkar yüksəliş imkanları.
Müraciət üçün:
- CV-lərinizi elektron poçt ünvanına göndərin və mövzu hissəsində "Korporativ Satış Meneceri" yazmağı unutmayın.
- Əlaqə üçün: +994 99 292 29 92