İnvestisiya məhsulları üzrə Satış mütəxəssisi
PAŞA Kapital yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.
Satış artımını təmin etmək, müştəri əlaqələrini qurmaq və müxtəlif investisiya məhsulları institusional və pərakəndə müştərilərə təqdim etmək məsuliyyətini daşıyır.
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətlər əsasında müştəriyə uyğun məhsulların təklif edilməsi;
- Müştərilərə İnvestisiya məhsulu və xidmətləri haqqında məlumatların verilməsi, satışın icra edilməsi;
- Daxil olan zənglərin cavablandırılması;
- Müştərilərlə istər ofisdə, istərsə də ofisdən kənar görüşlərin təşkili;
- Görülən işlə bağlı hesabatların hazırlanması;
- Şirkətin məhsul və xidmətlərinin təklifi, müraciətlər üzrə satışının aparılması;
- Potensial müştərilərin cəlb edilməsi;
- Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
- Müştərilərdən daxil olan müraciət və problemlərə operativ baxılması;
- Satış statistikasının təhlili.
Tələblər:
- Təhsil: Maliyyə, İqtisadiyyat üzrə;
- Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
- Xarici dillər: Azərbaycan və İngilis dili - əla, Rus dili yaxşı;
- Kompüter bilikləri: MS Office;
- Məhsul üzrə biliklər: Ticarət terminallarından (TradingView, Metatrader) istifadə bacarığı üstünlük hesab edilir; Yerli kapital bazarları, marjinal ticarət, həmçinin digər investisiya xidmətləri haqqında bilikləri olanlara üstünlük verilir; Maliyyə xidmətləri sahəsində satışın psixologiyası və prinsiplərini yaxşı bilmək.
- Başqa tələblər: Potensial müştəri ilə ünsiyyətdə satış bacarığı; Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma bacarığı; Dəqiqlik və operativlik; Fərdi və komanda tərkibində işləmə bacarığı; Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya.