Pərakəndə satış və müştəri xidmətləri

PASHA Life

Fərdi sığorta şöbəsinin müştəri meneceri

Satış departamenti / Fərdi sığorta şöbəsi

Son müraciət tarixi: 13 noyabr 2024-cü il

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş Fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
  • Cəmiyyətə yeni Fərdi müştərilərin cəlb olunmasını həyata keçirmək;
  • Mövcud Fərdi müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
  • Mövcud Fərdi müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
  • Debitorların ödənilməsini təmin etmək;
  • Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
  • Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta
  • Kompüter bilikləri: MS Office: orta
  • Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük veriləcəkdir

Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, təsir göstərmə, münasibət yaratma.  
İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Daha çox blog yazılarımız:

[moreBlogs]