İnzibati, Biznes və İdarəetmə

PASHA Life

Korporativ Sığorta Şöbəsinin Banklarla İş üzrə Sektor Müdiri

Korporativ Sığorta Şöbəsi

Vəzifə funksiyaları:

  • Mövcud bank və digər satış kanalları üzrə sığorta məhsullarının satış həcmini artırmaq və illik/aylıq/rüblük planların icrasını təmin etmək.
  • Satış proqnozlarını və potensialını dəqiqləşdirmək üçün məlumat toplamaq, nəticələrə əsaslanaraq qərarlar vermək.
  • Yeni bank və alternativ satış kanallarını cəlb etmək, potensial imkanları müəyyənləşdirərək əməkdaşlıqlar qurmaq.
  • Bankların, alternativ kanalların və müştərilərin ehtiyaclarını anlamaq, həmin ehtiyaclara uyğun məhsul və xidmətlərin hazırlanmasında iştirak etmək və tərəfdaşlara fayda gətirən, hər iki tərəfin qazandığı əməkdaşlıq mühitini yaratmaq.
  • Satış proseslərinin səmərəliliyini artırmaq üçün effektivlik meyarları tətbiq etmək, mövcud resurslardan daha düzgün istifadə yollarını tapmaq və davamlı olaraq yeni imkanlar, metodlar və texnologiyalar axtarmaq.
  • Müştəri ilə təmas nöqtələrində (filial və s.) satış prosesini izləmək, satışın dayandığı mərhələləri müəyyənləşdirərək aradan qaldırmaq.
  • Bank seqmenti üzrə bazarı və rəqib mühitini izləmək, benchmarkları təhlil etmək və rəhbərliyə uyğun təkliflər təqdim etmək.
  • Bank və alternativ kanallar üzrə fəaliyyətin monitorinqi üçün data tələblərini müəyyənləşdirmək, analitik komandaların hazırladığı hesabatları izləmək və biznesə təsir edən məsələlərdə vaxtında tədbirlər görmək.

Namizədə olan tələblər:

  • Təhsili: Tətbiqi Riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi.
  • İş təcrübəsi: Biznes, Maliyyə və Marketinq sahəsində minimum 4–5 il iş təcrübəsi.
  • Üstünlük : Bank, sığorta və ya bankassurance sahəsində təcrübə.
  • Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – yaxşı, Rus dili – əla səviyyədə biliklər.
  • Kompüter bilikləri: MS Office və Outlook proqramları üzrə yaxşı biliklər.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Müştəri yönümlülük, İnam yaratma, Komanda işi, Əməkdaşlıq, Keyfiyyət yönümlülük, Məlumat əldəetmə, Problem həlletmə

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Daha çox blog yazılarımız:

[moreBlogs]